"Yuventus"un yeni mövsüm üçün formaları internetə düşüb. Matc.az saytının məlumatına görə, Turin klubunun oyun dəstini ənənəvi olaraq "Adidas" hazırlayacaq.

Amma budəfəki forma ənənəvi üslubda olmayacaq. Belə ki, "qoca sinyora" adətən əsas forma olaraq zolaqlı ağ-qara rəngli köynəklərə üstünlük versə də, yeni mövsümdən etibarən "parçalı" ağ-qara oyun köynəklərində meydana çıxacaq.

Qeyd edək ki, formaların rəsmi təqdimatı may ayında olacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest