"Komanda psixoloji cəhətdən çox yorğun idi". Matc.az saytının məlumatına görə, bu sözləri U-19 millimizin baş məşqçisi Vüqar Məmməd deyib.

Avropa çempionatının elit-raund mərhələsində bu gün Rumıniya yığması ilə keçirilmiş oyundan sonra AFFA-nın rəsmi saytına danışan çalışdırıcı fikirlərini qısa ifadə edib: "Zədəli və cəzalı oyunçularımızın olması işimizi çətinləşdirmışdi. Belə demək mümkünsə, bu gün hər şey bizim əleyhimizə idi. Turniri belə bitirməməliydik".

Qeyd edək ki, 3 oyundan sonra aktivində 1 xal olan yığmamız qrupu sonuncu pillədə bitirib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest