PSJ-nin hücumçusu Neymarın atası və meneceri Neymar da Silva oğlu ilə bağlı açıqlamalar verib. Matc.az saytının məlumatına görə, o, övladının meydandakı hər hərəkətinin gündəm olduğunu deyib.

"Cadena SER" nəşrinə danışan ata Neymar fikirlərini belə izah edib: "Neymar meydanda özünü tez yerə atanda onu simuliyasiyada günahlandırırlar. özünü atmayanda da zədələnir. Ona görə də gəlin imkan verək o öz istədiyi kimi hərəkət etsin".

Qeyd edək ki, Neymar bu mövsüm PSJ forması ilə 13 oyunda meydana çıxıb və 13 qol vurub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest