AVRO-2020-nin seçmə mərhələsində Maltanın qonağı olacaq İspaniya yığması qarşılaşmaya baş məşqçisiz çıxacaq. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, bugünkü görüşdə Luis Enrike iş başında ola bilməyəcək.

Buna səbəb ailəvi səbəblərdi. Belə ki, çalışdırıcı ailəsində yaranmış problemə görə federasiya rəhbərliyindən icazə alıb. Komandanı oyuna onun köməkçisi Robert Moreno çıxaracaq.

Qeyd edək ki, Malta - İspaniya oyunu Bakı vaxtı ilə 23:45-də başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest