19 yaşadək futzalçılardan ibarət milli komandalar arasında ilk dəfə təşkil edilən Avropa çempionatında sabah mübarizəyə başlayacaq Azərbaycan yığmasının Kiprlə matçını idarə edəcək hakimlər müəyyənləşib. Matc.az xəbər verir ki, oyunun birinci hakimi Marko Rotenfluh (İsveçrə) olacaq.

Digər xətdə isə bolqar İvo Tsenov yer alacaq. Oyunun üçüncü hakimi funksiyasını Damian Yaruçivis (Polşa) yerinə yetirəcək.

Qeyd edək ki, Kiprlə oyun Podçetrtek idman sarayında keçiriləcək və Bakı vaxtı ilə 22:45-də başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest