"Barselona" ikinci qapıçısı Yasper Silesseni satmağa hazırlaşır. Matc.az saytının "Marca"ya istinadən məlumatına görə, Hollandiya yığmasının üzvü müntəzəm oynamaq istəyir.

Kataloniya təmsilçisi qolkiperinə artıq qiymət də qoyub. Belə ki, Silessenin sərbəst qalma məbləği 60 milyon avro olsa da, ispanlar onu 45-50 milyona satmağa razıdı. Klub rəhbərliyi hətta ikinci qapıçı olmağa namizədlərini də müəyyənləşdirib.

Qeyd edək ki, Yasper Silessen "Barselona"ya 2016-cı ilin yayında 13 milyon avro müqabilində "Ayaks"dan keçib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest