Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin formasını geyindiyi "Krılya Sovetov" aprelin 3-də Rusiya Premyer Liqasının XVI turundan təxirə salınmış oyunda "Orenburq"un qonağı olacaq. Matc.az saytı xəbər verir ki, Samara təmsilçisi səfərdə dəstəksiz qalmayacaq.

Belə ki, rəhbərlik komandanı Orenburqda dəstəkləmək üçün azarkeşlərə avtobus ayırıb. Komfortlu avtobus oyun günü səhər matçın keçiriləcəyi şəhərdə olacaq. Bu isə azarkeşlərə 1000 rubla (təxminən 26 manata) başa gələcək.

Qeyd edək ki, "Krılya Sovetov"la "Orenburq" turnir cədvəlində qonşudu. Hazırda 24 xalla 11-ci pillədə qərarlaşan Şeydayevin komandası rəqibindən 2 xal geri qalır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest