Maliyyə cəhətdən sıxıntılı günlər keçirən "Beşiktaş" mövsümün sonunda bir neçə oyunçusunu satacaq. Matc.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, "ağ-qaralar"ın transferə çıxaracağı oyunçulardan biri də Domaqoy Vidadı.

Komandada ən yüksək transfer qiymətinə malik olan Xorvatiya millisinin üzvü üçün təkliflər gəlməyə başlayıb. Artıq bir neçə klub İstanbul nəhənginin qapısını döyüb. Belə ki, 29 yaşlı mərkəz müdafiəçisi "İnter", "Roma" və "Vulverhempton"un maraq dairəsinə düşüb. Türklər onu yayda 15 milyon avroya satmağı planlaşdırır.

Qeyd edək ki, Domaqoy Vidanın "Beşiktaş"da illik maaşı 3 milyon avrodu.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest