Bundan sonra oyunda hesab açılıb ki, 76-cı dəqiqədə Robert Levandovski fərqlənib. Əliyar matçın əsas vaxtına 6 dəqiqə qalmış daha bir qol qeydə alıb. Glikin dəqiq zərbəsi polşalılara 2:0 hesablı qələbə qazandırıb.

Azərbaycanlı FİFA hakimi Əliyar Ağayev 2020-ci il Avropa çempionatının seçmə qrup mərhələsində Polşa - Latviya görüşünü idarə edib. Matc.az xəbər verir ki, Varşavada "Narodnıy" stadionunda baş tutan qarşılaşmanın ilk yarısında qapılara top vurulmayıb. Həmyerlimiz fasiləyədək 2 futbolçunu cəzalandırıb. O, 25-ci dəqiqədə polşalı Kşiştof  Pyentekə, 36-cı  dəqiqədə latviyalı Kaspars Dubraya sarı vərəqə göstərib. İkinci hissədə qonaq komandadan Vitali Maksimenko (53-cü dəqiqə) və Yanis İkaunieks (74-cü dəqiqə), meydan sahiblərindən Tomaş Kendzera (69-cu dəqiqə) önündə sarı vərəqə görüb.

Bundan sonra oyunda hesab açılıb ki, 76-cı dəqiqədə Robert Levandovski fərqlənib. Əliyar matçın əsas vaxtına 6 dəqiqə qalmış daha bir qol qeydə alıb. Glikin dəqiq zərbəsi polşalılara 2:0 hesablı qələbə qazandırıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest