"Oyunun gedişində bundan məlumatımız var idi. UEFA nümayəndəsi ilə danışmışdıq. UEFA bununla bağlı bizə göndərdiyi müraciətində xahiş edib ki, növbəti oyunlarda bu məsələyə daha həssas yanaşılsın. Yəni, loqo yapışdırılsın"

"Həqiqətən də, Xorvatiya ilə görüşdə millimizin oyun geyimlərinin qoluna turnirin loqosu yapışdırılmayıb". Bunu matc.az saytına AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla deyib.  

Azərbaycan yığması 3 gün öncə 2020-ci il Avropa çempionatının seçmə qrup mərhələsində ilk oyununu keçirdi. Zaqrebdə Xorvatiya yığmasına 1:2 hesabı ilə uduzduğumuz görüşdə komandamızın futbolçuları meydana əyinlərində turnirin loqosu olmadan çıxıblar. Bu səbəbdən millimizə UEFA tərəfindən sanksiya veriləcəyi barədə xəbərlər yayılıb.

AFFA rəsmisi bildirib ki, yapışdırılmayan loqoya görə Azərbaycan yığması haqda hansısa cərimə, sanksiya olmayacaq: "Oyunun gedişində bundan məlumatımız var idi. UEFA nümayəndəsi ilə danışmışdıq. UEFA bununla bağlı bizə göndərdiyi müraciətində xahiş edib ki, növbəti oyunlarda bu məsələyə daha həssas yanaşılsın. Yəni, loqo yapışdırılsın".

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest