Bu gün AFFA-nın əməkdaşları, Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç Bilgəh qəsəbəsində yerləşən Müharibə və Əmək Əlilləri üçün Pansionatı ziyarət ediblər. Matc.az xəbər verir ki, yığma üzvləri Maksim Medvedev, Qara Qarayev, Emin Mahmudov, Ramil Şeydayev, Səlahət Ağayev, Bədavi Hüseynov və Mahir Mədətovun da iştirak etdiyi tədbirdə pansionatda məskunlaşanlara Novruz bayramı münasibətilə AFFA-nın hədiyyələri təqdim olunub.

Pansionat sakinləri göstərilən diqqətə görə AFFA-ya və milli komandanın üzvlərinə minnətdarlıq edib, millimizə uğurlar arzulayıblar.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest