Azərbaycan yığması sabah növbəti görüşünə çıxacaq. Matc.az xəbər verir ki, AVRO-2020-nin seçmə qrup mərhələsində 3 gün öncə Zaqrebdə Xorvatiyaya 1:2 hesabı ilə uduzan komandamız bu dəfə Litva ilə yoldaşlıq oyununda üz-üzə gələcək. Bu, millimizin Pribaltika təmsilçisi ilə sayca üçüncü sınağı olacaq.

Maraqlıdı ki, bundan əvvəlki qarşılaşmalar ayın 26-cı gününə təsadüf edib.

20 il əvvəl, 1998-ci ilin iyununda Estoniyada təlim-məşq toplanışı zamanı Litva ilə qarşılaşan komandamız görüşü qələbə ilə başa vurub - 2:1. Vaqif Sadıqovun baş məşqçisi olduğu yığmamızın heyətində Rasim Abuşovla Vyaçeslav Lıçkin, meydan sahiblərindən Preykşaytis fərqlənib.

Bu komandalar arasında növbəti oyun 10 il sonraya təsadüf edib. 2008-ci ilin martın 26-da Vilnüsdə baş tutmuş dueldə litvalılar minimal hesablı qələbəyə sevinib. Nazim Süleymanovun rəhbərlik etdiyi yığmamızın qapısından yeganə topu 37-ci dəqiqədə Klimaviçyus keçirib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest