"Bizi həmişə ikinci nömrə hesab edirlər. Amma bukmekerlər heç də həmişə haqlı olmur. Seçmə mərhələyə qrup qalibi olmaq niyyəti ilə başlayırıq"

"Seçmə mərhələ qrupunda birinci yeri tutmaq niyyətindəyik. Bunu bacarmayacağımıza hər hansı səbəb görmürəm".  Matc.az xəbər verir ki, bunu Uels millisinin futbolçusu Qaret Beyl deyib.

İspaniya "Real"ının ulduz futbolçusu AVRO-2020-nin seçmə mərhələsindəki iddiaları barədə danışıb.

Beyl Azərbaycan, Slovakiya, Xorvatiya və Macarıstan yığmalarının da yer aldığı E qrupunda birinci yeri tutmaq niyyətlərini açıqlayıb: "Bizi həmişə ikinci nömrə hesab edirlər. Amma bukmekerlər heç də həmişə haqlı olmur. Seçmə mərhələyə qrup qalibi olmaq niyyəti ilə başlayırıq. Bilirik ki, Slovakiya və Xorvatiya mililəri artıq ilk qələbələrini qazanıblar. Amma bu da heç nəyi dəyişmir. Başa düşürük ki, qrupumuz asan deyil. Böyük turnirlərə çıxmaq həmişə çətindir. Lakin biz buna hazırıq. Mümkün olan hər şeyi edəcəyik".

Qeyd edək ki, Uels yığması bu gün keçirəcəyi ilk oyunda Slovakiya ilə qarşılaşacaq.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest