Komandada yaxşı atmosfer var. Millətlər Liqası vasitəsilə özünəinamı təmin etmişik. Qələbə qazanmaq istəyirik, amma asan qarşılaşma yoxdur. Qazaxıstanın Şotlandiyaya qalib gəldiyini, Xorvatiyanın Azərbaycanı çətinliklə məğlub etdiyini və qətiliklə asan rəqibin olmadığını gördüm

AVRO-2020-nin seçmə mərhələsində Ermənistanla qarşılaşacaq Bosniya və Hersoqovina millisinin baş məşqçisi Robert Prosineçki oyundan əvvəl mətbuat konfransı keçirib. Matc.az saytının məlumatına görə, yığmamızın keçmiş çalışdırıcısı komandamızdan da bəhs edib.

O, Bosniya və Hersoqovina millisində yaxşı atmosfer olduğunu, amma bütün oyunların çətin keçəcəyini bildirib: "Komandada yaxşı atmosfer var. Millətlər Liqası vasitəsilə özünəinamı təmin etmişik. Qələbə qazanmaq istəyirik, amma asan qarşılaşma yoxdur. Qazaxıstanın Şotlandiyaya qalib gəldiyini, Xorvatiyanın Azərbaycanı çətinliklə məğlub etdiyini və qətiliklə asan rəqibin olmadığını gördüm".

Qeyd edək ki, Robert Prosineçki 2014-2017-ci illərdə Azərbaycan yığmasına rəhbərlik edib. Bosniya və Herseqovina yığması xorvatiyalı mütəxəssisin rəhbərliyi ilə Millətlər Liqasında növbəti mərhələyə vəsiqə qazanıb. 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest