Final mərhələsi 2021-ci ildə keçiriləcək 21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində millimizlə eyni qrupda mübarizə aparacaqlar komandalar yoldaşlıq oyunları keçiriblər. Matc.az saytının məlumatına görə, 3 rəqibimiz özlərini sınaq oyunlarında yoxlayıblar.

Sentyabrın 6-da Bakıda qəbul edəcəyimiz Slovakiyalı gənclər Yunanıstanla üz-üzə gəlib. 7 qolun vurulduğu qarşılaşmada rəqibimiz qələbəyə sevinib – 4:3.

Bundan 4 gün sonra Bakıda qarşılaşacağımız digər rəqibimiz Gürcüstan da qələbəyə sevinib. Qonşularımız Sloveniyanı məyus edib – 3:0.

İsveçrə isə Xorvatiyanı darmdağın edib – 4:1.

Qeyd edək ki, seçmə mərhələdə Fransa, İsveçrə, Slovakiya, Gürcüstan və Lixtenşteynlə qarşılaşacaq millimiz ilk matçını iyunun 6-da səfərdə Lixtenşteynə qarşı keçirəcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest