"Real" "Mançester Siti"nin hücumçusu Rahim Sterlinqin xidmətində maraqlıdı. Matç.az saytının xarici mətbuata istinadən məlumatına görə, madridlilər gənc oyunçunu mövsümün sonunda transfer etmək niyyətindədi.

 

Hətta "kral klubu"nun skautları Millətlər Liqasında İspaniya – İngiltərə qarşılaşmasını tribunadan canlı izləyiblər. İngilislərin 3:2 hesabı ilə qalib gəldikləri görüşdə Sterlinq 2 qola imza atıb. İspaniya nəhənginin nümayəndələri də onun çıxışından məmnun qalıb.

 

Qeyd edək ki, Rahim Sterlinqin "Mançester Siti" ilə müqavilə müddəti 2020-ci ilin yayına qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest