"İnter"in hücumçusu Mauro İkardi mövsümün sonunda komandasını dəyişməyə çox yaxındı. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, argentinalının gedişi "neradzurra"ya gözləniləndən az pul qazandıra bilər.

Belə ki, "İnter"in onu "Real"a 80 yox, 50 milyon avroya satması istisna edilmir. Milanlılar əvəzində qarşı tərəfdən hazırda icarə əsasında "Çelsi"də çıxış edən Mateo Kovaçiçi heyətinə qata bilər.

"İnter" həmçinin İkardinin transferindən qazanılan pulla "Yuventus"lu Duqlas Kostanı almağı planlaşdırır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest