"Qəbələ"dən ayrılan ilk futbolçu müəyyənləşib. Matc.az saytının əldə etdiyi məlumata görə, Azərbaycan Kubokunu qazanan bölgə təmsilçisi Məqsəd İsayevlə yollarını ayırıb.
 
"Qırmızı-qaralar"la müqaviləsi başa çatan 29 yaşlı müdafiəçinin yeni komandası da məlumdu.
 
İsayev karyerasını "Zirə"də davam etdirəcək. O, artıq bakılılarla müqavilənin şərtlərini razılaşdırıb.
 
Qeyd edək ki, Məqsəd İsayev 2021-ci ilin yayından bəri "Qəbələ"nin formasını geyinib.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest