"Növbəti mövsüm komandadan nə gözləyirəm? Heç nə". Matc.az xəbər verir ki, bunu PSJ-nin hücumçusu Kilian Mbappe deyib. 
 
"RMC Sport"a müsahibəsində komandasının çıxışı və növbəti futbol ilində gözləntiləri dəyərləndirən Mbappe bildirib ki, əsas məqsədi əlindən gələnin ən yaxşısı etməkdir: "Bu komandaya futbol oynamaq üçün gəlmişəm. Mənim müqaviləm var. Futbol üçün buradayam. Klub əlindən gələni edir və bu mənə uyğundur. Qalanı mənim işim deyil".  
 
Xatırladaq ki, Mbappe 29 qolla Fransa çempionatının bombardiri olub.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest