Pep Qvardiola məşqçilik karyerasında 34-cü kubokunu qazanıb. Matc.az xəbər verir ki, ispaniyalı çalışdırıcının rəhbərliyi altında "Mançester Siti" finalda "Mançester Yunayted"i məğlub edərək, İngiltərə kubokunun qalibi olub - 2:1.
 
Pep əvvəllər "Barselona"nı çalışdırarkən 14 kubok, daha sonra "Bavariya"da daha 7 titul qazanıb.
 
O, ingilis klubu ilə 7 ildə 13-cü kuboka sahib çıxıb.
 
Belə ki, beş dəfə İngiltərə liqasının qalibi olan Qvardiola dörd İngiltərə Liqa Kuboku, iki İngiltərə Super Kuboku və iki İngiltərə Kubokuna yiyələnib.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest