Almaniya millisinin yarımmüdafiəçisi İlkay Gündoğan xoşagəlməz hadisə ilə üzləşib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, Bundestimin Serbiya ilə yoldaşlıq görüşündə (1:1) azarkeşlər Türkiyə əsilli oyunçuya qarşı irqçi şüarlar səsləndirib.

Məsələ ilə bağlı Volfsburq polisi artıq təhqiqata başlayıb. Almaniya Futbol Federasiyası isə baş verənləri sərt şəkildə pisləyib. Azarkeşlər İlkayla yanaşı, digər yarımmüdafiəçi Leroy Saneni də təhqir ediblər.

Qeyd edək ki, son dünya çempionatındakı uğursuz çıxışa görə, digər Türkiyə əsilli futbolçu Məsut özil də irqçi təzyiqlərə məruz qalmış və bu üzdən milli karyerasını başa vurmuşdu.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest