Mövsümün sonunda heyətini gücləndirmək niyyətində olan "Real"ın ilk transfer hədəfi bəllidi. Matc.az saytının AS nəşrinə istinadən məlumatına görə, "kral klubu" PSJ-nin hücumçusu Kilian Mbappenin keçidində qərarlıdı.

Baş məşqçi Zinəddin Zidan klub prezidenti Florentino Pereslə görüşdə həmyerlisinin nəyin bahasına olursa-olsun alınmasını tələb edib. Gənc forvard isə həm komandasının çempionlar Liqasında mübarizəni erkən dayandırmasından, həm də toplantıya gecikdiyi üçün kəsilən 180 min avroluq cərimədən narazıdı.

Maliyyə feyr-pley qaydalarına əməl etməyən PSJ isə bu problemin həlli üçün Mbappeni "Real"a yüksək məbləğ qarşılığında sata bilər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest