Emin Mahmudov Azərbaycanda ən yüksək ödənişli oyunçulardan biri ola bilər. Matc.az xəbər verir ki, bunu "Neftçi"nin prezidenti Kamran Quliyev deyib.
 
O bildirib ki, kapitana yeni müqavilə təklif olunub. Bununla bağlı son qərar isə Azərbaycan Kubokunun final matçından sonra veriləcək:
"Azərbaycanlı futbolçular adətən pik səviyyəyə çatandan sonra müqavilə məsələsində düşünürlər. Amma Emin Mahmudov hələ heç bir qərar verməyib. Aramızda bu yaxınlarda söhbət oldu. ölkə kubokunun final görüşündən sonra bir yerə gəlib, qərarı birgə verəcəyik. İnanın ki, söhbət təkcə maliyyədən getmir. Deyə bilərəm ki, Emin "Neftçi"də qalsa, Azərbaycanda ən çox məvacib alan üç futbolçudan biri olacaq. çünki ona çox yaxşı təklif etmişik. Yəni layiq olduğu təklifi etmişik. Əvvəlki illərlə müqayisədə rəqəmlər yüksəkdi. Emin xaricə getməli olsa, yeni macəra axtara bilər".
 
Qeyd edə ki, Emin Mahmudovun "Neftçi" ilə müqaviləsi bu ayın sonuna qədərdi.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest