Teymurdan fərqli olaraq, digər həmyerlimiz Şəhriyar Məmmədyarov irəliləyib. 16-cı yeri 15-ci pilləyə dəyişən Məmmədyarov xallarının sayını 2740-a çatdırıb.

Azərbaycanlı şahmatçı Teymur Rəcəbov FIDE reytinqində ilk "onluğ"dakı mövqeyini tərk edib. Matc.az xəbər verir ki, iyun ayı üçün açıqlanan siyahıda qrossmeyster 3 pillə geriləyərək, 13-cü yerə düşüb. Onun aktivində 2747 xal var.
 
Teymurdan fərqli olaraq, digər həmyerlimiz Şəhriyar Məmmədyarov irəliləyib. 16-cı yeri 15-ci pilləyə dəyişən Məmmədyarov xallarının sayını 2740-a çatdırıb.
 
Digər kişi şahmatçımız Qədir Hüseynov 83-cü (2661) pilləyə düşübsə, Rauf Məmmədov ilk "100-lüy"ü tərk edib.
 
Reytinqə yenə norveçli Maqnus Karlsen (2853) başçılıq edir. Fransalı Alireza Firuzja (2786) ikinci yerə yüksəlibsə, çinli dünya çempionu Liren Dinq (2780) üçüncü pillədə qalıb.
 
Qadın şahmatçılarımızın reytinqdəki mövqeləri isə belədi: Günay Məmmədzadə - 25 (2456 xal), ülviyyə Fətəliyeva - 53 (2401), Xanım Balacayeva – 80 (2368), Gülnar Məmmədova – 85 (2357), Gövhər Beydullayeva – 89 (2355).
 
Qadınların reytinqinə çinli Hou İfan (2628 xal) başçılıq edir.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest