PSJ-nin hücumçusu Neymar növbəti dəfə "Barselona"ya qayııtmaq istəyini gizlətməyib. Matç.az saytının xarici mətbuata istinadən məlumatına görə, braziliyalı ulduz futbolçu Fransa klubundakı mühitdən məmnun deyil.

 

Xüsusən də, getdikcə ulduzu parlayan Kilian Mbappenin komandanın liderinə çevrilməsi Neymarı narahat edir. "Sambaçı" "Barsa" rəhbərliyinə qayıtmaq istəyi ilə bağlı mesaj göndərib. "Real"ın da maraq dairəsində olan 26 yaşlı forvardın məsələsi Kataloniya klubunun İdarə Heyətinin toplantısında müzakirə olunacaq.

 

Qeyd edək ki, Neymar PSJ-yə 222 milyon avro qarşılığında "Barselona"dan keçib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest