Renato və Alimi komandada qalmaq istədiklərini bildiriblər. Maliyyə şərtlərində xırda detallar da razılaşdırıldıqdan sonra onlarla yeni müqavilə imzalanacaq.

Azərbaycanı Konfrans Liqasında təmsil edəcək "Qəbələ" ilk olaraq aparıcı oyunçularını saxlamağa çalışır. Matc.az saytının əldə etdiyi məlumata görə, bu yöndə artıq ilk addımlar atılıb.
 
"Qırmızı-qaralar"ın əsas heyətin əvəzedilməz simaları Ruan Renato və İsnik Alimini ilə danışıqları müsbət yekunlaşmaq üzrədi. Bir müddət əvvəl həm braziliyalı müdafiəçi, həm də şimali makedoniyalı yarımmüdafiəçinin "Zirə"yə keçidi gözlənilirdi. Lakin onlar rəhbərliklə görüşdə qalmağa razılıq veriblər.
 
Renato və Alimi komandada qalmaq istədiklərini bildiriblər. Maliyyə şərtlərində xırda detallar da razılaşdırıldıqdan sonra onlarla yeni müqavilə imzalanacaq.
 
Qeyd edək ki, "Qəbələ" iyunun 3-də Azərbaycan Kubokunun finalında "Neftçi" ilə qarşılaşacaq.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest