İngiltərə "Brentford" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
 
Matc.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Niderland millisinin və Almaniyanın "Frayburq" klubunun qapıçısı Mark Flekkeni heyətinə qatıb.
 
İngiltərə klubu bu transfer üçün almanlara 13 milyon avro ödəyib. 29 yaşlı qolkiperlə 4 illik müqavilə imzalanıb.
 
Flekken 2018-ci ildən oynadığı "Frayburq"da 96 oyuna çıxıb, 123 qol buraxıb. O, "Alemanniya" (Aahen), "Qroyter" və "Duysburq"un da uğurları üçün çalışıb, Niderland yığmasında 4 oyun keçirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest