"Azərbaycanı, "Sabah"ı çox bəyənirəm. Buraya qayıtmaq alınsa, şad olacağam"

"Buraya qayıtmaq alınmasa, komandaya uğurlar arzulayacağam və onlara azarkeşlik edəcəyəm". Matc.az xəbər verir ki, bunu  "Sabah"ın futbolçusu Aleksey Kaşuk deyib.
 
Müqavilə ilə Ukrayna "Şaxtyor"una məxsus olan 23 yaşlı yarımmüdafiəçi klubdakı taleyinin Donetsk təmsilçisindən asılı olacağını söyləyib: "Azərbaycanı, "Sabah"ı çox bəyənirəm. Buraya qayıtmaq alınsa, şad olacağam. ümid edirəm ki, gələcək karyeram üçün ən yaxşı qərarı qəbul edəcəyik".
 
Kaşuk "Şaxtyor"un transfer üçün hansı məbləği tələb etdiyini bilmədiyini sözlərinə əlavə edib.
 
Ukraynalı oyunçu bu mövsümkü çıxışlarını və UEFA Konfrans Liqasındakı şansları da dəyərləndirib. "Sabah" üçün uğurlu il alındı. Sonadək birinci yer üçün oynadıq. Komanda saxlanılsa, yeni futbolçular gəlsə, çempionluq uğrunda mübarizə aparmaq mümkündür. Mövsümün əvvəlində məqsədimiz avrokuboklara vəsiqə qazanmaq idi. Buna çempionatın sonuna bir neçə tur qalmış nail olduq. Avrokuboklarda oynayacağımıza görə şadam. ümidvaram ki, püşkdə bəxtimizə yaxşı komanda çıxacaq və mərhələ adlayacağıq".
report.az
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest