Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) millisinin yeni baş məşqçisi müəyyənləşib. Matc.az saytı xəbər verir ki, komandanı bundan sonra Bert van Marveyk çalışdıracaq.

Hollandiyalı mütəxəssis bu postda italiyalı Alberto Zakkeronini əvəzləyib. Marveyk sonuncu dəfə ötən il dünya çempionatında Avstaliya millisinə rəhbərlik edib. Ondan əvvəl isə 67 yaşlı çalışdırıcı 2 il Səudiyyə Ərəbistanı yığmasında işləyib.

Qeyd edək ki, Bert van Marveyk məşqçilik karyerası ərzində "Fortuna", "Feyenoord", "Borussiya" (Dortmund), "Hamburq" klublarına və Hollandiya yığmasına başçılıq edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest