"Yuventus"un yarımmüdafiəçisi Paulo Dibala sıradan çıxıb. Matç.az saytının məlumatına görə, ulduz futbolçu Argentina millisinin heyətində zədələnib.

 

Belə ki, Braziliya ilə yoldaşlıq görüşünün (0:1) 58-ci dəqiqəsində dizindən xəsarət alan Dibala əvəzlənmək məcburiyyətində qalıb. Düzdü, hücumameyilli oyunçu Turinə döndükdən sonra klub tərəfindən tibbi müayinə aparılacaq. Ancaq ilk diaqnoza görə, zədə ciddi deyil. Onun həftəsonu A seriyasında "Cenoa" ilə matçı buraxması və çempionlar Liqasında "Mançester Yunayted"lə görüşə hazır olması gözlənilir.

 

Qeyd edək ki, Paulo Dibala bu mövsüm ölkə çempionatında 7 oyun keçirib, 1 qolla yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest