"Güclü rəqibə qarşı çıxış edəcəyik". Matc.az xəbər verir ki, bunu Azərbaycan yığmasının kapitanı Maksim Medvedev səfərdə Xorvatiya ilə keçirəcəkləri AVRO-2020-nin seçmə qrup matçından əvvəl mətbuat konfransında deyib.

Kapitan yaxşı oynamağa çalışacaqlarını bildirib: "Ola bilsin ki, oyun səviyyəmiz nisbətən azdı. Buna baxmayaraq, biz də yaxşı oynamağa çalışacağıq".

Qeyd edək ki, sabah "Maksimir" stadionunda keçiriləcək Xorvatiya - Azərbaycan matçı Bakı vaxtı ilə 23:45-də başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest