"Nəticədən bir az narahatam. Sezarın dediyi kimi: indi ya ölməli, ya da qalib gəlməliyik. Başqa yol yoxdu". Matc.az xəbər verir ki, bunu 19 yaşadək futbolçulardan ibarət Rusiya yığmasının baş məşqçisi Andrey Qordeyev deyib.

Avropa çempionatının seçmə mərhələsinin elit-raundunda ilk oyununu Azərbaycan millisinə qarşı keçirən ruslar qolsuz bərabərliklə kifayətlənməli olub.

Oyunsonrası mətbuat konfransında fikirlərini bildirən Qordeyev qələbə qazanmadıqları üçün məyus olduqlarını söyləyib: "Bəlkə də, ən pis nəticə deyil. Ancaq növbəti matçlarda mütləq qələbə qazanmalıyıq. Fikrimcə, bu gün qol vurmaq üçün hər şeyi etdik. Ancaq futbolda top qapıya daxil olmayanda belə olur. Son dəqiqələr istisna olmaqla, müdafiədə etibarlı oynamağımız sevindirici haldı. Qol vurmaq və topu qazanmaq üçün hədsiz emosiyalı idik. Bu üzdən əks-hücumlarda xoş olmayan tərzdə oynadıq. Bizim üçün çətin olan rəqiblə görüşdə ərazi üstünlüyünə malik idik. Yaxşı qol imkanlarımız oldu. Ağalarov sonlarda yüz faizlik şansı qaçırdı. Belə hallar olur. Bundan sonra qələbə qazanmalıyıq. Vəziyyəti düzəltmək lazımdı".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest