"Azərbaycan Xorvatiya üçün problemlər yarada bilər. Çox futbolçuları "Qarabağ"da oynayır. Bu komanda Çempionlar Liqası və Avropa Liqasında müntəzəm iştirak edir"

"Azərbaycan millisi mənim dönəmimlə müqayisədə çox az fərqlənir". Matc.az xəbər verir ki, bu sözlər yığmamızın sabiq baş məşqçisi Robert Prosineçkiyə məxsusdu.

2020-ci il Avropa çempionatının seçmə qrup mərhələsində sabah ilk oyununa çıxacaq millimiz Zaqrebdə Xorvatiyanın qonağı olacaq. Bu qarşılaşma barədə danışan Prosineçki bildirib ki, komandamız meydan sahiblərinə problemlər yarada bilər: "Nikola Yurçeviç bir neçə dəyişiklik edəcək, ancaq tam əmin deyiləm. Buna baxmayaraq, bunu təxmin edirəm. Azərbaycan Xorvatiya üçün problemlər yarada bilər. çox futbolçuları "Qarabağ"da oynayır. Bu komanda çempionlar Liqası və Avropa Liqasında müntəzəm iştirak edir. Milliyə dəvət alanların çoxu Azərbaycanın top-komandalarında çıxış edirlər. "Neftçi" də çox yaxşıdı. Komandanın özəyini yerli çempionatdakı futbolçular təşkil edir".

Prosineçkinin fikrincə, Azərbaycan yığmasının üzvləri Zaqrebdə bütün güclərini ortaya qoyacaqlar: "Onlar döyüşçüdü və son dəqiqəyə kimi savaşdan çəkilməyəcəklər. Lakin Xorvatiyanı büdrədəcəklərini düşünümürəm. Xüsusilə də, "Maksimir" stadionunda. Ancaq nəticə əldə etmək üçün sona qədər mübarizə aparacaqlar. Onlar sürətlidrlər və birə-bir mübarizələrdə yaxşıdılar. Ancaq Xorvatiya ilə eyni səviyyədə deyillər. Azərbaycan üçün çətin olacaq".


 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest