"Yuventus"un futbolçusu Kriştiano Ronaldo İspaniyada klinika açıb. Matc.az saytının məlumatına görə, portuqaliyalı super ulduz klinikanın səhmlərinin 50%-nə sahib olacaq.

Tibb müəssisəsinə isə "İnsparya" şirkəti rəhbərlik edəcək. Kosmetik xidmətlər verəcək klinikada əsasən saç əkim prosedurları aparılacaq.

Portuqaliyalı hücumçu klinikanın açılış mərasimində fikirlərini bildirib: "Saç tökülməsi Avropa və bütün dünyada problemə çevirilib. Biz insanlara bu sahədə köməklik etmək istəyirik. Onlar isə bizə müraciət etməkdən utanmamlıdırlar. Hər kəs öz görünüşünə diqqət edir. Mən də bunların tipik nümunəsiyəm. Ona görə də şirkətin rəhbərliyi mənə müraciət edərkən, düşündüm ki, çox unikal layihə olacaq. Bu layihə ispanlara və İspaniya iqtisadiyyatına kömək edəcək".

Qeyd edək ki, "İnsparya" şirkətinin Portuqaliyada 10 saç əkimi klinikası var və onlarda 35 mindən çox əməliyyat aparılıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest