Bu gün AFFA İntizam Komitəsinin (İK) növbəti iclası keçirilib. Toplantıda Topaz Premyer Liqasının XXI turunda baş vermiş neqativ hallar müzakirə olunub. İK "Sabah"la görüşdə 5 futboçusu sarı vərəqə alan "Sumqayıt"a 800 manat cərimə kəsib.

Bu gün AFFA İntizam Komitəsinin (İK) növbəti iclası keçirilib. Matc.az saytının məlumatına görə, toplantıda Topaz  Premyer Liqasının XXI turunda baş vermiş neqativ hallar müzakirə olunub.

İK "Sabah"la görüşdə 5 futboçusu sarı vərəqə alan "Sumqayıt"a 800 manat cərimə kəsib. Oyunun 29-cu dəqiqəsində sarı vərəqə ilə meydançadan kənarlaşdırılan "Sabah"ın hücumçusu Marko Deviç isə 1 oyunluq cəzalandırılıb, klubu 200 manat cərimə olunub.

"Keşlə" ilə ev matçında 4 futbolçusu sarı vərəqəyə "layiq görülən" "Zirə" isə 800 manat məbləğində cəriməyə mərus qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest