UEFA "Yuventus"un hücumçusu Kriştianu Ronaldoya qarşı intizam işi açıb. Buna səbəb onun Çempionlar Liqasının 1/8 final mərhələsində "Atletiko" ilə cavab qarşılaşmasından sonrakı hərəkəti olub.

UEFA "Yuventus"un hücumçusu Kriştianu Ronaldoya qarşı intizam işi açıb. Matc.az saytı xəbər verir ki, buna səbəb onun çempionlar Liqasının 1/8 final mərhələsində "Atletiko" ilə cavab qarşılaşmasından sonrakı hərəkəti olub.

Belə ki, komandasının 3:0 hesabı ilə qalib gəldiyi matçda het-trikə imza atan portuqaliyalı superulduz final fitindən sonra qeyri-etik hərəkətə əl atıb. O, bununla qarşı tərəfin baş məşqçisi Dieqo Simeonenin ilk görüşdəki jestini təkrarlayıb. UEFA İntizam Komitəsi isə Ronaldonun bu davranışına martın 21-də hüquqi qiymət verəcək. Futbolçu ya cərimələnəcək, ya da 1-3 oyun arası diskvalifikasiya ediləcək.

Qeyd edək ki, eyni jestə görə, Simeoneyə 20 min avro cərimə kəsilmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest