19 yaşadək futzalçılardan ibarət komandalar arasında Avropa çempionatının əsas mərhələsində yığmamızla qarşılaşacaq Sloveniya millisi iki yoldaşlıq oyunu keçirib. Matc.az saytı xəbər verir ki, martın 16-da Serbiyadan olan həmyaşıdları ilə dueldən 6:0 hesabı ilə qalib ayrılan rəqibimiz ertəsi gün yenilgi ilə üzləşib.

Bu dəfə serblər 8:4 hesabı ilə qələbə qazanıb.

Sloveniya yığması bu heyətlə mübarizə aparıb: Max Vesel, Jure Vetrih, Matej Ahçin, Vanč Florjançiç, Marko Mohoriç, Timotej Debeljak, Marko Bjelçeviç, Tilen Gajser, Maks Vidmar,  Maks Rotar,  Tod Ciuha, Patrick Osredkar, Vid Kos.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest