"Neftçi"nin futbolçusu Sonu Mustivar Haiti yığmasının heyətində növbəti oyununa çıxıb. Matç.az saytının məlumatına görə, Haiti KONKAKAF Millətlər Liqasının seçmə mərhələsində Sent-Lusianın qonağı olub.

 

Qarşılaşmanın ilk hissəsində qapılara 3 top vurulub və Haiti meydandan 2:1 hesablı qalibiyyətlə ayrılıb. Görüşdə hesabı 13-cü dəqiqədə məhz Mustivar açıb.

 

II turda 2-ci qələbəsini qazanan Haiti 6 xalla liderliyi bölüşür.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest