Millətlər Liqasının oktyabr oyunlarının sürpriz komandası olan Cəbəllütariq tarixi nəticəyə imza atıb. Matç.az saytı xəbər verir ki, D liqasında çıxış edən futbol "cırtdan" ardıcıl 2-ci qələbəsini qazanıb.

III turda Ermənistanı 1:0 hesabı ilə yenən cəbəllütariqlilər Lixtenşteynə də qalib gəlib – 2:1. Yığma tarixində ilk dəfə ardıcıl 2 qələbə qazanıb.

Qeyd edək ki, bu qələbələrdən onlar sonra C liqasına yüksəlmək şanslarını artırıb. 6 xal olan komanda liderdən 3 xal geri qalır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest