Xorvatiya millisinin sabiq baş məşqçisi Slaven Biliç AVRO-2020-nin seçmə mərhələsində bu yığmanın Azərbaycan millisinə qarşı keçirəcəyi matçdan gözləntilərini açıqlayıb. Matc.az xəbər verir ki, o, Xorvatiya yığmasının mütləq qələbə qazanmalı olduğunu deyib:

"Xorvatiya qalib gəlməlidi, bu, birmənalıdı. Ancaq komandamız üçün önəmli olan bir sıra yeni futbolçularımız var. Ancaq unutmamalıyıq ki, məsələn, Almaniya, Fransa və ya İtaliya kimi böyük ehtiyat qüvvəmiz yoxdu. çətin vəziyyətdəyik, amma ümid edirəm ki, baş məşqçi doğru həll yolunu tapacaq".

Xorvatiya - Azırbaycan oyunu martın 21-də Zaqrebin "Maksimir" stadionunda keçiriləcək.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest