İtaliyada futbol azarkeşi oyun vaxtı vəfat edib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, hadisə A seriyasının XXVIII turunda dünən gecə keçirilən "Kalyari" - "Fiorentina" matçı zamanı baş verib.

Qarşılaşmanın son dəqiqələrində 45 yaşlı "Kalyari" fanatı Daniele Atsori infarkt keçirib. Həkimlər dərhal tribubunaya qalxaraq müdaxilə etsələr də, onu xilas etmək mümkün olmayıb. Oyunu ailəsi ilə birlikdə izləyən Atsorinin xəstəlikdən əziyyət çəkdiyi bildirilib.

Qeyd edək ki, görüş "Kalyari"nin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest