"Neftçi"nin yarımmüdafiəçisi Mamadu Kane 23 yaşadək futbolçulardan ibarət Qvineya millisinə dəvət olunub. Matc.az xəbər verir ki, bu barədə klub rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bildirilir ki, 22 yaşlı futbolçu U-23 Afrika Millətlər Kuboku çərçivəsində martın 20 və 24-də Seneqal yığması ilə keçiriləcək oyunlara çağırılıb.

Qeyd edək ki, Mamadu Kane bu mövsüm "Neftçi"nin heyətində 4 oyun keçirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest