Xorvatiya yığmasının futbolçusu Marko Pyatsa əməliyyat olunub. O, növbəti dəfə uzun müddət yaşıl meydanlardan uzaq qalacaq. 24 yaşlı yarımmüdafiəçi dünən Romada cərrah bıçağı altına uzanıb.

Xorvatiya yığmasının futbolçusu Marko Pyatsa əməliyyat olunub. Matc.az saytının yerli mətbuata istinadən məlumatına görə, o, növbəti dəfə uzun müddət yaşıl meydanlardan uzaq qalacaq.

Zədə ucbatından AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan və Macarıstanla oyunları buraxacaq 24 yaşlı yarımmüdafiəçi dünən Romada cərrah bıçağı altına uzanıb. Həkimlər oyunçunun sol dizindən aparılan əməliyyatın uğurlu keçdiyini açıqlayıb. Müqavilə ilə "Yuventus"a məxsus olan və hazırda icarə əsasında "Fiorentina"nın formasını geyinən Pyatsa ən azı 6 ay futbol oynaya bilməyəcək.

Qeyd edək ki, Xorvatiya millisi martın 21-də Azərbaycanla, 24-də isə Macarıstanla qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest