çempionlar Liqasının 1/8 final mərhələsində "Yuventus"la "Atletiko" arasında keçirilən cavab oyunundan sonra birincilərin hücumçusu Kriştianu Ronaldonun hərəkəti qonaqları qəzəbləndirib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, portuqaliyalı qarşılaşmadan sonra rəqibin baş məşqçisi Dieqo Simeonenin ilk görüşdəki qeyri-etik hərəkətini təkrarlayıb.

Bundan narazı qalan ispanlar UEFA-ya şikayət ünvanlamağa hazırlaşır. Onlar hesab edirlər ki, Ronaldonun davranışı Simeonedəkindən daha kobuddu. Mütəxəssis bunu öz azarkeşlərinə tərəf etsə də, Ronaldonun jesti rəqib komandanın fanatlarına olub. üstəlik, madridlilər Kriştianunun hərəkət zamanı nalayiq ifadələr işlətdiyini və bunun kameralara düşdüyünü iddia ediblər.

Şikayətdən sonra məsələni araşdıracaq UEFA Ronaldonun hərəkətini şiddətə təşviq kimi qiymətləndirsə, onu 1 oyundan 3 oyuna qədər diskvalifikasiya gözləyir. Əks təqdirdə, superulduz qarşı tərəfin baş məşqçisi kimi, pul cəriməsi ilə canını qurtaracaq.

Qeyd edək ki, ilk oyunda "Atletiko"ya 0:2 hesabı ilə uduzan "Yuventus" cavab matçında 3:0 hesablı qələbə sayəsində 1/4 finala adlayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest