"Qəbələ"nin futbolçusu Lalavele Atakora Toqo millisində növbəti oyununu keçirib. Matç.az saytı xəbər verir ki, yarımmüdafiəçi Afrika Millətlər Kubokunun seçmə mərhələsinin IV turunda meydana çıxıb.

O, D qrupunda keçirilən Qambiya – Toqo qarşılaşmasında iştirak edib. Start heyətində yer alan Atakora 90 dəqiqə meydanda olub. Toqo yığması səfər görüşündə vacib 3 xal qazanıb – 1:0.

Bu qələbədən sonra Lalavelenin komandası xal hesabını 5-ə çatdırıb. 3-cü pillədə qərarlaşan toqolular Əlcəzair və Benindən 2 xal geri qalır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest