"Qəbələ" ilə oyunda komandasının yeganə qoluna imza atan "Neftçi"nin müdafiəçisi Mamadu Mbodj qarşılaşmadan sonra matc.az saytının əməkdaşının da suallarnı cavablandırıb.

- Oyun haqqında nə düşünürsüz?

- Qalib gəlmək istəyirdik, nəticə qane eləmədi. Əlimizdən gələn hər şeyi elədik ki, qələbə qazanaq. Amma alınmadı. Allah istədi ki, heç-heçə olsun. Səhvlərimizdən nəticə çıxartmalıyıq.

- Vurduğunuz qol maraqlı və gözəl alındı, amma qələbəyə yetmədi...

- Qola görə sevinirəm, amma bizə qələbə gətirsəydi, daha çox sevinərdim.

- Komandanız "Səbail"ə məğlub oldu, ardınca "Sumqayıt"a qalib gəlib, bu gün də heç-heçə etdiniz. Stabilliyin olmaması nə ilə əlaqədardı?

- Bu, sadəcə o deməkdi ki, Azərbaycan çempionatı güclü turnirdi və hər kəs bir-birindən xal ala bilər.

- Azərbaycanda oynadığınız qısa müddətdə üç qol vurmusunuz. Hansısa ölkədə belə uğurlu başlanğıcınız olmuşdu?

- Litvada ilk mövsmüdə 6 dəfə fərqlənmişdim. Bura isə qol vurmaq üçün gəlməmişəm. Əgər qol vururamsa, deməli qismətimdə var. Əsas vəzifəm isə komandamın qol buraxmamasına yardım etməkdi.

- "Neftçi"yə qış fasiləsində keçdiniz. Adətən belə transferlərin adaptasiya problemi olur. Sizdə isə hər şey çox asan alındı...

- Haqlısız, adaptasiya müddət mənim üçün çox asan oldu. çünki bütün komanda, eləcə də məşqçi və texniki heyət əlindən gələn hər şeyi etdilər ki, mən tez bir şəkildə komandaya uyğunlaşım.

- Xəbəriniz var ki, son turda "Qarabağ"la qarşılaşacaqsız? Hər şey sona qalsa, sizin üçün necə olacaq? Səhv etmirəmsə "Jalqris"də çıxış edərkən son turda qol vurub komandanıza çempionluq qazandırmışdınız...

- Biz bütün oyunlara qələbə qazanmaq üçün çıxacağıq. Amma qismət olsa ki, hər şey son turda həll olunmalıdır, elə də olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest