"Qarabağ"ın daha bir əcnəbi futbolçusu milli komandasına dəvət alıb. Matc.az saytı xəbər verir ki, Hannes Halldorsson növbəti dəfə İslandiya yığmasına çağırılıb.

Baş məşqçi Erik Hamren AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində Andorra və Fransa ilə oyunlara 23 futbolçu çağırıb. Halldorsson martın 22-də Andorra, 25-də isə Fransa ilə qarşılaşmada komandanın çərçivəsini qoruya bilər.

Qeyd edək ki, "Qarabağ"ın digər əcnəbi oyunçusu Simeon Slavçev isə Bolqarıstan millisinə qoşulacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest