"Norveçlə oyuna yaxşı hazırlaşmışdıq". Matç.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bu sözləri 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin futbolçusu Qismət Alıyev deyib.

O, AVRO-2019-un seçmə mərhələsinin Norveçlə səfər oyunu (1:1) haqda fikirlərini açıqlayıb: "Rəqibin oyununu izləyib zəif və güclü tərəflərini təhlil etmişdik. Bu oyuna tam hazır gəlmişdik. İlk dəqiqələrdən qol vuraraq hesabda irəli çıxdıq. Oyunun sonlarına yaxın öz səhvimizdən qapımızdan qol buraxdıq. Düşünürəm ki, çox yaxşı, əzmkar mübarizə apardıq. Seçmə mərhələdə sonuncu oyunum idi. Bundan sonra əsas məqsədim milli komandaya dəvət almaqdı".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest