"Barselona" vingeri Usman Dembeleni itirib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, fransalı futbolçu çempionlar Liqasının 1/8 final mərhələsində "Lion"la cavab qarşılaşmasında zədələnib.

Görüşdən sonra həkimlərə sol ayağındakı ağrılardan şikayət edən oyunçu tibbi müayinədən keçib. Məlum olub ki, baldır əzələsində dartılma olub. Yayılan məlumata görə, gənc oyunçu təxminən 1 ay komandasına kömək edə bilməyəcək.

Qeyd edək ki, "Barselona"nın 5:1 hesabı ilə qalib gəldiyi görüşdə sonradan meydana daxil olan Dembele son qolun müəllifi olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest