"2016-cı ildə Azərbaycanda keçirilən Avropa çempionatında ilk böyük zəfərimi qazandım. çempion olduğunuzu bir neçə gün sonra dərk edirsiniz". Matc.az saytı xəbər verir ki, bu sözləri Portuqaliyanın gənclər yığmasının müdafiəçisi Dioqo Dalot deyib.

Hazırda "Mançester Yunayted"in formasını geyinən 20 yaşlı oyunçu 2016-cı ildə 17 yaşadək futbolçulardan ibarət Portuqaliya yığmasının heyətində ölkəmizdə keçirilən Avropa çempionatının iştirakçısı olub.

Həmin turnirdə qalib gələn Dalot "Mançester Yunayted"in rəsmi saytına açıqlamasında Azərbaycandakı qitə birinciliyinin karyerasındakı təsirindən danışıb: "ötən yay U-19 yığmamız Avropa çempionu oldu. Portuqaliya futbolu Avropada artıq böyük söz sahibidi. Hesab edirəm ki, Azərbaycandakı çempionluq parlaq gələcək üçün ilk böyük addım oldu. Ordakı oyunlarımıza baxanlar keyfiyyəti, qazanmaq arzusunu görüb. Bir sözlə, futbolçuların nə düşündüklərini hiss etmək mümkün idi. Həmin heyətdəki oyunçuların çoxu hazırda böyük klublarda çıxış edir. Bir neçə il sonra daha güclü futbolçularımız və milli komandamız olacaq".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest